Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputat: Biz yazıq ölkə deyilik
Biz həmişə deyirik ki, büdcəmiz sosialyönümlü büdcədir. Amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir.
Oxu.Az xəbər verir ki, bunu deputat Aytən Mustafazadə parlamentdə çıxışı zamanı deyib.
Millət vəkili qeyd edib ki, pensiyası 5-10 manat artan pensiyaçı heç nə edə bilmir:
“144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsünüz, biz sosial xartiyadan, hüquqlardan danışırıq. Səttar müəllim çıxışına yaxşı başlamışdı, axırda dedi ki, bunların hamısını yerinə yetirə bilmərik. Niyə yerinə yetirə bilmirik? Dünən də müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusla müqayisə edə bilmərik.
Niyə edə bilmərik ki? Cənab prezident o qədər səy göstərib ki, yəni, Azərbaycan geostrateji layihələrin təşəbbüskarıdır. Onun maliyyəsini verir. Kənd təsərrüfatı inkişaf etdirilib. Sonuncu reytinqlərə baxaq. Azərbaycan heç də yazıq ölkə deyil. Xahiş edirəm, belə reaksiya verməyin.
Belarus böyük ölkədir. Biz insanlara münasibəti müqayisə edə bilərik.10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir. Biz vətəndaşlarımıza onlar layiq olduğu qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret rəqəmlərdə göstərilməlidir. Maaşlar və müavinətlər artırılmalıdır”.
H.Rəcəbli qeyd edib ki, bu rəqəmlər tələblərə cavab vermir:
“Zaman-zaman artmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
- Prezident Samir Şərifova daha bir vəzifə verdi
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi
- Prezident İlham Əliyev Samir Şərifova yeni vəzifə həvalə etdi