20 
Noy
2018
18:25
300
66
16211
Virtual karabakh

“Oryol i Reşka”nın Azərbaycan haqqında yeni buraxılışı - VİDEO

20 Noy, 2018
18:25
16211

“Oryol i Reşka”nın Azərbaycan haqqında yeni buraxılışı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Pyatniça” telekanalında yayımlanan “Oryol i Reşka” proqramı Azərbaycan barədə növbəti proqram hazırlayıb.

Oxu.Az xəbər verir ki, verilişin aparıcıları Nastya İvleyevaYevsey Kovalev bu dəfə təkcə Bakını deyil, həm də regionları gəziblər.

Limitsiz qızıl kartla səyahət edən Nastya Bakının ən bahalı hotel və restoranlarında gəzməklə yanaşı, Qobustana və palçıq vulkanlarına səyahət edib.

Yevsey isə Bakıda “Kubinka” məhəlləsi ilə tanış olub, daha sonra isə Lahıcı gəzib.

Hər iki aparıcı Azərbaycanın füsunkar gözəlliyinə heyran olduqlarını dəfələrlə dilə gətiriblər. Ən önəmlisi isə, bu proqramda onlar Azərbaycanın turizm potensialından danışaraq, 100 dollarla Azərbaycanda iki gün turist kimi rahatlıqla yaşamağın asan olduğunu vurğulayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri