Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputatdan etiraz: Böyük vəsaitlərlə salınan yollar tez bir zamanda sıradan çıxır
Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.
Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var.
“Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin.
Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir.
Onlara nəzərdə tutulduğundan artıq yük vurulur.
Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur.
Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir.
Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb…” - deyə, millət vəkili bu kimi halların aradan qaldırılmasının vacibliyini bildirib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər