Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyada cavan deputatların sayı artıb - RƏSMİ
Dünyada 30 yaşından cavan deputatların sayı son iki ildə 1.9 faizdən 2.2 faizə qədər artıb.
Oxu.Az-ın xəbərinə görə, bu, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında yayılmış hesabatda əksini tapıb.
Hesabatda qeyd olunur ki, bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir:
“Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, ondan sonrakı sırada isə ABŞ-dır”.
Göstərilir ki, dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur.
“40 yaşından aşağı deputatların sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib”, - deyə hesabatda bildirilir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
Rəylər