Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cavid Qurbanov: Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov “Real TV”yə müsahibəsində həm görülən işlər barəsində, həm də yeni ildən tətbiq ediləcək yeniliklərdən danışıb.
Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə dəmir yolu stansiyalarının üzərində məntəqələr düzəldiləcək.
Orada həm avtobus, həm də qatarlar dayanacaq:
“Belə qərara gəlmişik ki, bütün keçidlərdə dəyişikliklər olacaq. Maşınlar altdan, qatarlar isə üstdən keçəcək, tunel formasında. Xatırlayırsınızsa, Binədə bu il avtobusla qatar toqquşdu. Bu kimi halların qarşısını almaq üçün bu addım atılacaq.
Məsələn, Zabratda stansiyanın ərazisi 15 hektar olacaq. Kəndlərdən avtobuslar həmin məntəqəyə qədər gələcək, daha onlar şəhərə girməyəcəklər. Oradan qatarlardan istifadə olunacaq.
Araşdırdıq, qərara gəldik ki, bundan sonra avtobusların interval xəttini 10 km-dən artıq olmasın. Avtobus xətləri ya metro, yaxud qatarlar istiqamətində hərəkət edəcək. Bununla da vaxta qənaət olunacaq”, - deyə Cavid Qurbanov bildirib.
Bundan əlavə, Cavid Qurbanov Sumqayıtdan Bakıya gələn qatarların intervalının artırılması ilə bağlı müraciətlər aldığını və bu qatarlardan istifadə edən vətəndaşların sayının çoxaldığını bildirib.
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər