Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə Mübarizi təhqir edən psixoloqla bağlı qərar verdi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Xətai rayon Məhkəməsində verilən iddia təmin edilməyib.
Bildirilib ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş N.Şahmarzadənin ünvanı düzgün göstərilməyib. Buna görə məhkəmə şikayəti aidiyyəti üzrə verilməsi üçün qərar çıxarıb.
Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.
Şikayətə Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.
Etibar Məmmədov
Rəylər