Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki yüzdən artıq kəndin elektrik enerji şəbəkəsi yenidən qurulacaq
2018-ci il ərzində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə “Azərişıq” ASC-yə üç min sahibkar müraciət edib.
Oxu.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Qurumun Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
Onun sözlərinə görə, 2017-ci il üçün bu rəqəm min olub:
“Bu il “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə “Azərişıq” ASC-yə 40 min məişət abonenti müraciət edib. Ümumi müraciətlərin sayına gəlincə, bu, 203 min civarında olub ki, ötən il bu rəqəm 140 min olub. Gün ərzində 200-dən artıq müraciət qeydə alınır ki, onun da 30-35 faizi Bakı şəhərinin payına düşür”.
“Azərişıq” rəsmisi onu da əlavə edib ki, gələn il üçün 200-dən artıq kəndin elektrik enerjisi şəbəkəsinin yenidən qurulması planlaşdırılır. Bütün kəndlərdə 0,4 kVt-luk şəbəkələr qurulacaq.
Könül Cəfərli
"ASAN xidmət" teqi üzrə xəbərlər
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
Rəylər