23 
Yan
2019
15:11
28
133
8140
Virtual karabakh

DYP sürücülərə müraciət edib

23 Yan, 2019
15:11
8140

DYP sürücülərə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə sürücülərə müraciət edib. 

İdarədən Oxu.Az-a bildirilib ki, sürücülər səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobillərinin texniki vəziyyətinə bir daha nəzarət etməlidirlər. 

Müraciətdə qeyd olunub ki, hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir:

“Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur. İdarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq, sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri