26 
Fev
2019
00:19
20
504
8891
Virtual karabakh

Xocalı sakini: Ailə üzvlərimin başını kəsdilər - VİDEO

26 Fev, 2019
00:19
8891

Xocalı sakini: Ailə üzvlərimin başını kəsdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmin gün yaşadıqlarını düşünüb, özümüzü onun yerinə qoysaq , Allahdan önun üçün səbr diləsək görəsən acılarına, yaşaqdıqlarına məlhəm olarmı?

İtirdiklərinin yeri dolarmı? 27 il ötməsinə baxmayaraq, bu gün də baş verənləri xatırlayanda gözləri yaşla dolursa.... 

Hələ 14 yaşındaykən ikinci dəfə köçkün həyatı yaşamasını, 8 nəfərlik ailəsinin parçalanmasını, əsir düşdüyü zaman, düşmənlərin çörək əvəzinə, onlara torpaq yedizdirdiyini, iki qardaşının və atasının nə olüsündən, nə dirisindən 15 il xəbər tutmamasını necə unutsun axı?

Söhbət Xocalı faciəsinin şahidlərindən, həmin vaxt  14 yaşı olan Mürvət Məmmədovdan gedir.

Mürvət Məmmədov yaddaşından heç vaxt silinməyəcək o hadisələri yana-yana xatırlayır 

İndi Mürvətin ən böyük istəyi torpaqlarımızın geri qaytarılmasıdır.

Atasının və qardaşlarının qəbrini tapmaq ümidi olmasa da, heç olmasa ruhlarının uyuduğu torpaqlara addım atsa, bəlkə ona da  təsəlli olar.   

Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri