Apr
2019
17:02
15
221
2759
Virtual karabakh

Dövlət Agentliyi: İçindən qum çıxan uşaq yeməyi kustar üsulla hazırlanıb

5 Apr, 2019
17:02
2759

Dövlət Agentliyi: İçindən qum çıxan uşaq yeməyi kustar üsulla hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Malyutka-2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub. 

“Malyutka-2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün  yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib. Eyni zamanda, yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb. 

Əlavə olaraq bildiririk ki, “Malyutka-2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi  “Malyutka-2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir.

Adıçəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilib və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri