May
2019
10:24
387
45
11053
Virtual karabakh

İşığın da limiti artırılacaq?

1 May, 2019
10:24
11053

İşığın da limiti artırılacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Tarif (qiymət) Şurası tərəfindən təbii qaza tətbiq edilən limitə yenidən baxılaraq, artırılıb. 

Qaz limiti mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Bundan əvvəl isə limit 1 700 kubmetr idi.

Bəs elektrik enerjisinə tətbiq olunan limit artırıla bilərmi?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, “Azərişıq” sadəcə, icraçı strukturdur:

“ASC tərəfindən elektrik enerjisinin limitinin artırılması barədə heç bir təklif verilməyib. Bizim qurum icraçıdır. Tarif Şurası nə qərar verəcəksə, onu icra edəcəyik”.

Qeyd edək ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının 2016-cı ilin 28 noyabr tarixində qərarı ilə hər iki kommunal xidmətin tarifində artımlar olub və differensial qiymət tətbiqi başlayıb. Yəni müəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri