İyn
2019
13:22
19
531
37446
Virtual karabakh

Taksi sürücüsü maşını məktəblilərə çırpdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

4 İyn, 2019
13:22
37446

Taksi sürücüsü maşını məktəblilərə çırpdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhlükəsiz şəhər kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır. 

Avtosfer.az xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verib. 

“VAZ-2107” markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü dörd şagirdi məktəbə gətirir. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.

Şagirdlər bir anlıq dayanıb, “Mercedes”in keçməsini gözləyirlər. Birdən “VAZ-2107” markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar “07”ni güclə geri çəkirlər. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da, şagirdlər ağır yaralanır.

Qızlardan biri isə daxili qanaxma diaqnozu ilə xəstəxanaya çatdırılır. Bu dəhşətli görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri