28 
İyn
2019
12:00
52
97
11026
Virtual karabakh

Ürəyindən şikayət edənlər bu yazını mütləq oxusun

28 İyn, 2019
12:00
11026

Ürəyindən şikayət edənlər bu yazını mütləq oxusun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik kəsiklə icra olunan açıq ürək əməliyyatları barədə ən vacib məqamları ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Natiq Mirzəyev oxuculara çatdırır.

- Niyə məhz minimal invaziv ürək cərrahiyyəsi?

- Bütün dünyada geniş tətbiq edilən mini-invaziv ürək əməliyyatlarının artıq ölkəmizdə də aparılması sevindirici haldır. Ürək-damar cərrahiyyəsində müasir üsul hesab edilən minimal invaziv ürək əməliyyatlarını Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurla icra edirik.

Ümumiyyətlə, ürək-damar cərrahiyəsinin inkişafını iki faktor müəyyən edir: süni qan dövranı və döş sümüyünün ortadan tam kəsilməsi. Lakin hər iki üsulun mənfi cəhətləri var. Bu səbəbdən son illərdə ürək-damar cərrahları bunların birindən və ya hər ikisindən qaçmağa çalışırlar. Bu isə hər zaman mümkün olmur.

Koronar damar cərrahiyyəsində (aorta-koronar şuntlama) süni qan dövranından imtina etmək mümkündürsə (döyünən ürəkdə əməliyyat), qapaq cərrahiyəsində yalnız kəsiyi kiçiltməklə minimal invazivliyi təmin etmək olar. Bu, mitral qapaq üçün qabırğa arasından, aort qapaq üçün isə döş sümüyünün hissəvi (yuxarı 1/3-i) kəsiyilə mümkün olur.

- Minimal invaziv qapaq cərrahiyəsinin xəstəyə nə kimi faydası var?

- Faydası yalnız xəstəyədir. Çünki cərrah üçün bu, əlavə diqqət, gərginlik və məsuliyyətdir. Kiçik kəsiklə ürək əməliyyatı zamanı toxumaya travma az olduğundan ağrı da azalmış olur. Beləliklə, xəstə erkən aktivləşir, tənəffüs hərəkətlərini daha rahat yerinə yetirir və ən əsası elə ilk gündən yatarkən sağa-sola dönmə şansı yaranır.

Əlbəttə ki, kəsik kiçikdirsə, qan itkisi də az olur və qan köçürülmə ehtimalı azalır. Yara infeksiya riski azaldığından antibiotik istifadəsi azalır. Estetik baxımdan daha üstündür. Bu cərrahiyənin gətirdiyi psixoloji rahatlığı və xəstə məmnunluğunu da xüsusi qeyd etmək istəyirəm.

- Bu üsulun tətbiqi hansı xəstələr üçün risklidir?

- Hər bir cərrahi müdaxilənin uğuru kəsikdən əvvəl müəyyənləşir - buna düzgün göstəriş deyilir. Bunun üçün isə əks-göstərişləri bilmək lazımdır. Xəstədə yanaşı ürək damarında darlıq və ya əsas damar olan aortada ciddi xəstəlik varsa, ürəyin gücü çox aşağıdırsa, xəstə artıq çəkidən əziyyət çəkirsə, eləcə də, döş qəfəsində ciddi xəstəlik keçiribsə (mitral qapaq xəstəliyi üçün qabırğaarası giriş zamanı), bu əməliyyatların həmin xəstəyə icra edilməsi riskli ola bilər.

- Hansı qapaqları kiçik kəsiklə əməliyyat etmək olur?

- Ürəyin hər dörd qapağını. Daha çox qüsur mitral və aortal qapaqda rast gəldiyi üçün söhbətimizdə onlara toxunduq.

- İcra etdiyiniz əməliyyatları necə izləyə bilərik?

- Əməliyyatları və xəstələrimizin əməliyyatsonrası sevincini “Instagram” və “Facebook” səhifəmdə və “YouTube” kanalımda izləmək olar.

Instagram: dr.natiq_mirzeyev
Facebook: Ürək-damar cərrahı Dr Natiq Mirzəyev
YouTube: Oper. Dr. Natiq Mirzəyev
Həkimlə birbaşa əlaqə: 050 755 55 50; 070 522 77 22

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri