Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müəllim olmaq istəyən 33 nəfərin imtahan nəticəsi ləğv olundu
Müəllimlərin builki işə qəbulu imtahanlarında 33 nəfərin imtahan nəticəsi ləğv edilib.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, namizədlər arasında ən çox pozuntu halı köçürməyə cəhd, yanındakı şəxslə danışması olub:
“Digər geniş yayılmış nöqsan başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtahana qatılmaqdır. Bundan əlavə, xüsusi radiotexniki qurğular da keçməyə cəhd edənlər də olub”.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər