Bir neçə gün bundan əvvəl özlərini Qarabağ əlili kimi təqdim edən bir qrup şəxsin SOCAR əməkdaşlarına hücumu ilə bağlı müxtəlif təyinatlı xəbərlər yayıldı. Cəmiyyətin isə hadisəyə münasibəti birmənalı olmadı. Müxtəlif fikirlər söylənilsə də, əksəriyyət bu insidenti özünə Qarabağ qazisi deyən insanlara yaraşdırmadı.
Xəbərin qısa təfərrüatını xatırlayaq. Hadisə SOCAR-ın Şirvan-Böyükşor neft kəməri ərazisində qanunsuz tikiliyə icazə verməməsi ilə başlayıb. Elə münaqişə də bundan sonra başlayıb. Qazi adından istifadə edən bu şəxslər həssas təbəqə olduqlarını əllərində bayraq edərək SOCAR əməkdaşlarına hücum ediblər.
Görüntülərdən aydın olur ki, mühafizə və polis əməkdaşlarının həm özlərinə, həm də xidməti maşınlarına hücum etməklə yanaşı, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər.
Dövlət tərəfindən mütəmadi olaraq ev və avtomobillərlə, bir sözlə, hər cür şəraitlə təmin olunan əsl Qarabağ müharibəsi veteranlarının bu cür davranış sərgiləməsi nə dərəcədə inandırıcıdır?!
Görüntülərdən aydın olur ki, həmin şəxslər hadisə yerinə nömrəsiz gəliblər, özlərinə xəsarət yetiriblər və kənar şəxslər tərəfindən idarə olunurlar.
Qeyd edək ki, hadisə nəticəsində SOCAR-ın altı əməkdaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yetişdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Bir neçə gün bundan əvvəl özlərini Qarabağ əlili kimi təqdim edən bir qrup şəxsin SOCAR əməkdaşlarına hücumu ilə bağlı müxtəlif təyinatlı xəbərlər yayıldı. Cəmi...
Rəylər