14 
Okt
2019
12:38
21
49
2325
Virtual karabakh

Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

14 Okt, 2019
12:38
2325

Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısa müddət ərzində Əməyin Mühafizəsi Fondunun təsis sənədlərinin nizamnaməsinin, əsasnaməsinin təsdiq olunması gözlənir.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır.

“Artıq Fondun nizamlanması yekunlaşdırılır və bundan sonra fondun fəaliyyətinə tam başlanacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri