8 
Noy
2019
15:16
159
17
2105
yuxarı
İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək
“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən “İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb.
H.Hüseynov 22 ilə yaxındır ki, metropolitendə çalışır.
Qeyd edək ki, H.Hüseynov metropolitendə ilk əmək fəaliyyətinə 20 yaşında “Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi başlayıb. İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə H.Hüseynova səs verib. Qalib maşinistə minimum əmək haqqının 10 misli miqdarında birdəfəlik pul mükafatı ödəniləcək.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
27 
Fev
2021
19:40
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib - FOTO
173
13
532
27 
Fev
2021
18:14
Yıldırım Demirören: “Azərbaycanda sərmayələrimizi genişləndirmək istəyirik”
383
35
2168
27 
Fev
2021
17:08
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
363
13
960