Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İcbari tibbi sığorta haqları belə olacaq
Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olan və olmayan şəxslərin icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, səkkiz min manatadək (səkkiz min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə,hesablanmış əməyin ödənişi fondunun 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.
Həmçinin, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, səkkiz min manatadək (səkkiz min manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Rəylər