Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncədə yüksək vəzifəyə - TƏYİNAT
“Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni rəis təyin olunub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, sözügedən vəzifəyə Şöhrəddin Verdiyev təyin edilib.
Ş.Verdiyev buna qədər həmin idarədə rəis müavini işləyib.
Qeyd edək ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin keçmiş rəisi Vaqif Xəlilov bir neçə ay bundan əvvəl işində yol verdiyi nöqsana görə bu vəzifədən azad edilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər