30 
Noy
2019
13:31
275
32
4160
Virtual karabakh

Pendir istehsal edən iki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

30 Noy, 2019
13:31
4160

Pendir istehsal edən iki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib. Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. 

AQTA-dan Oxu.Az-a verilən məlumata görə, müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz üçün AQTA-nın İnstitutunun laboratoriyasına göndərilib.

Eyni zamanda, Agentliyin əməkdaşları Bərdə rayonu Kələntərli qəsəbəsində vətəndaş Qoçayev Mahir Saday oğluna məxsus pendir istehsalı müəssisəsində də reyd keçiriblər. Yoxlama zamanı sexdə qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ tələblərinin pozulması faktı aşkar edilib.

Qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsində sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədən istehsal və insan istehlakı üçün yararsız olan, eyni zamanda, çarpaz çirklənməyə məruz qalan 3 ton 767 litr süd qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib.

Antisanitar şəraitdə fəaliyyət göstərən sexin fəaliyyəti məhdudlaşdırılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri