Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İstifadəyə yararsız çörək sexi aşkarlanıb
Bakıda istifadəyə yararsız çörək sexi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Nəsimi rayonu, R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkar olunub. Müəyyən edilib ki, ümumi sahəsi 35-40 kvm olan müəssisədə kustar üsulla çörək istehsalı, satışı və daşınması həyata keçirilir. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.
Yoxlama zamanı məlum olub ki, çörək istehsalı müəssisəsində temperatur və rütubət rejiminə riayət olunmur. Un anbardakı taxta altlıqların üzərində, birbaşa divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. İstifadə olunan kustar üsulla hazırlanmış işçi masaların, çörək yığılan rəfin səthləri lazımi qədər hamar və dezinfeksiya üçün əlverişli deyil.
Müəyyən edilib ki, müəssisədə istifadə edilən sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların təmizlənməsi, dezinfeksiyası da normalara uyğun aparılmır.
İstehsal müəssisəsində unun yoğurulması, xəmirin mayalanması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışı eyni bir sahədə aparılır. Bu da qida təhlükəsizliyi baxımından istehsal olunan çörəyin fiziki, kimyəvi və mikrobioloji çirklənməsinə səbəb olur.
Qeyd edək ki, sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim olunmayıb. Müəyyən edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
"AQTA" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər