Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yol polisi onları nəzarətə götürür
Baş Dövlət Yol Polisi velosiped və moped idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
O bildirib ki, idarə tərəfindən ölkəmizdə sayı artmaqda olan velosiped və moped sürücülərinə davamlı olaraq maarifləndirmə və təbliğat xarakterli tədbirlər görülür.
Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndirici söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarə etməyə mane olan yük daşımamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı tövsiyə edib.
Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılıb və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb.
Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkəmizin digər regionlarında da davam etdirilir.
Könül Cəfərli
"BDYPİ" teqi üzrə xəbərlər
- Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
Rəylər