Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Kənddən şəhərə”: qiymət münasib, məhsul bol - VİDEO
Dekabrın 21-dən start götürən “Kənddən şəhərə” qış yarmarkaları davam edir.
Oxu.Az xəbər verir ki, yarmarkalarda yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə bu gün Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, eləcə də yarmarkaların təşkil olunduğu rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri tərəfindən baxış keçirilib.
“Kənddən şəhərə” qış yarmarkalarında yaradılan şəraitlə tanışlıq paytaxtın Nərimanov rayonu ərazisində, metronun Gənclik stansiyasının yanındakı yarmarkadan başlayıb. Məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, eləcə də aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını dolğun şəkildə qarşılamaqdır.
“Alan razı, satan razı” misalı bura tamamilə uyğundur desək, yanılmarıq. Fermerlər məhsullarını birbaşa özləri bura gətirir və alıcıya təqdim edir. Alıcı isə bayram alış-verişini daha münasib qiymətə əldə edir.
Yelmar Məmmədli, Vasif Miradəmoğlu