21 
Yan
2020
16:12
11
146
7234
Virtual karabakh

Deputatlığa ən gənc və ən yaşlı iddiaçılar

21 Yan, 2020
16:12
7234

Deputatlığa ən gənc və ən yaşlı iddiaçılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan deputatlığa namizədlərin yaşları da diqqət çəkir. 

Oxu.Az 125 seçki dairəsi üzrə araşdırma apararaq ən cavan və ən yaşlı namizədi müəyyənləşdirib. 

46 saylı Şirvan seçki dairəsindən qeydə alınan deputatlığa namizəd Ömər Mirzəzadə siyahıda ən gəncdir. O, 2001-ci il təvəllüdlüdür, tələbədir.  

Deputatlığa qeydə alınan ən yaşlı namizəd isə 116 saylı Qəbələ seçki dairəsindəndir. O, 1938-ci ildə anadan olan Fəttah Heydərovdur (bu ilin fevralın 23-də onun 83 yaşı olacaq).

Qeyd edək ki, F.Heydərov 1995-ci ildən deputatdır. 

F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri