Goranboy şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb.
Belə ki, “VAZ” markalı minik avtomobili yolu keçmək istəyən 6 yaşlı Ayaz Salahovu vurub.
Hadisəni törədən sürücü ağır xəsarət alan azyaşlını Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
Avtomobil azyaşlını vuraraq öldürüb – VİDEO
Avtomobil azyaşlını vuraraq öldürüb – VİDEO