13 
Fev
2020
18:02
46
262
5724
Virtual karabakh

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur - FOTO

13 Fev, 2020
18:02
5724

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad şəhər texniki və humanitar fənlər təmayüllü 8 saylı məktəb-lisey binası qəzalı vəziyyətdədir.

Bu barədə Oxu.Az-a şagirdlərin valideynləri tərəfindən ünvanlanan şikayətdə bildirilir.

Valideynlərin sözlərinə görə, rayon mərkəzində yerləşən qəzalı məktəbin vəziyyəti ilə maraqlanan yoxdur:

“Məktəb binası bərbad vəziyyətdədir. Valideynlər uşaqları üçün narahatdır. Heç kim övladının qəzalı vəziyyətdə olan məktəbdə təhsil almasını istəmir. Bu da məktəbdə şagird sayının azalmasına gətirib çıxarır. Məktəbdə istilik sistemi quraşdırılmayıb. Müəllimlər sobada odun yandırmaqla sinif otaqlarını qızdırmağa çalışır. 

Məsələ ilə bağlı cavabdeh orqanlara müraciət etmişik. Hər dəfə məktəbin təmir olunacağını desələr də, heç bir nəticə yoxdur. Xahiş edirik, bu problemin həlli üçün köməklik göstərəsiniz”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri