Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərargah: “Karantində saxlanılan şəxslərdən götürülən nümunələrdə pozitiv nəticə yoxdur”
“Ötən gün də qeyd etdiyimiz kimi karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir”.
Bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Qeyd edilib ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb:
“Hazırda ölkəyə kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur.
Əgər hər hansı şəxsdə pozitiv nəticə qeydə alınarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq.
Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, səhhətində ağırlaşma yoxdur və dəstəkverici müalicəsi davam edir”.
Rəylər