Apr
2020
17:29
623
45
10574
Virtual karabakh

Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı - RƏSMİ

8 Apr, 2020
17:29
10574

Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı səkkiz nəfərdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var:

“Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə, ölkədə 822 nəfər koronavirusa yoluxub. Ümumi sağalanların sayı 63 nəfərdir.

Azərbaycanda 751 aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test edilib. Ötən günlərlə müqayisədə yoluxma hallarının sayı artır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri