Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs cərimə olundu
Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini polis şöbəsinə gətirilib.
Bunu Qaynarinfo-ya açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.
E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir:
“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.
Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək, uşaqlarını həyətyanı sahədə “otlamağa” məcbur edir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər