Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda COVID-19-dan ölənlərin yaş göstəriciləri açıqlandı - RƏSMİ
“Azərbaycanda koronavirusa yoluxanlardan 50-59 yaş arasında olanlar üstünlük təşkil edir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir:
“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.
R.Bayramlı qeyd edib ki, koronavirusdan vəfat edənlər arasında əsasən, 60-69 yaş arasında olanlar üstünlük təşkil edib:
“Yalnız bir vəfat edən xəstə 40-49 yaş arasında olub. Həmin xəstədə qaraciyər serrozu olduğu üçün belə nəticələnib”.
İlhamə Əbülfət
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər