“Bəzi regionlarımız artıq koronavirus xəstələyindən təmizlənib. Yoluxma halları olan rayonların 25 faizində xəstəlik ocaqları yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, Azərbaycanda hazırda koronavirusa yoluxanların sayı sağalanların sayını 60 faiz üstələyir:
“Əhali özünü necə qorumağı bilməlidir. Karantin rejiminin yumşaldılmasından sonra hansısa ərazidə yoluxma baş verərsə, bu, karantin rejiminin pozulması nəticəsində ola bilər və yenidən karantin qaydaları sərtləşdirilə bilər”.
Azərbaycanda koronavirus ocağı olan region var? - RƏSMİ AÇIQLAMA + VİDEO
İlhamə Əbülfət
Rəylər