“50-59 yaş arasında yoluxma 22 faiz, 0-9 yaş arası yoluxma 5 faiz, 80 yaşdan yuxarı yoluxma isə 2 faizdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, vəfat edənlər arasında 60-69 yaşlılar üstünlük təşkil edir:
“11 nəfərdə bu hal müşahidə olunub. Onlarda əsasən, yanaşı gedən xəstəliklər olub”.
O qeyd edib ki, məhdudiyyətlərə əməl edilməsə, karantin rejimi sərtləşdiriləcək.
İlhamə Əbülfət