Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həbs olunan nazir müavininin rüşvət etirafları: “Ümumilikdə, hər ay...” - VİDEO
“Mədəniyyət Nazirliyinin tabeliyində olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda sabiq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov aldığı rüşvəti etiraf edən zaman deyib.
O qeyd edib ki, rayonlarda mədəniyyət binalarının cari təmir işlərinin aparılması üçün vəsaitlər nəzərdə tutulub:
“Bütün rayonlar üzrə təmir işlərinə 1 milyon 500 min manat ayrılırdı. İl ərzində 40-45 müəssisə təmir edilirdi. İdarə rəisləri həmin vəsaitdən 10 faiz miqdarında nazirliyə verirdilər. Bu da 150 min manat demək idi. Bu pulları bəzi hallarda şirkət rəhbərləri, bəzən də idarə rəisləri mənə verirdilər”.
"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Gəncə Dövlət Filarmoniyasının binası çökür - Təhlükə ilə bağlı xəbərdarlıq edildi
- Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönüb
- Leyla Əliyevanın dəstəyi ilə dünyaca məşhur DJ tərəfindən "Bayatı şiraz" treki hazırlanıb
- "CulTech" inkubasiya proqramı yaradıcı gənclərin inkişafına töhfə verir
Rəylər