Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İdman zalları niyə açılmır? - RƏSMİ
“İdman zalları qapalı yerlərdir. Orada insanlar aktiv idmanla məşğul olur. Belə şəraitdə tənəffüs tezləşir və maskada idman etmək çətin olur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Hər açılan müəssisə üçün sanitar qaydalar hazırlanır. İdman zallarında ortaq vasitələrdən də istifadə olunur ki, bununla virus yayıla bilər”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
Ən çox oxunanlar
Rəylər