Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təhsil nazirindən ƏMR - Yeni şura yaradıldı
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılması təşkil edilir.
Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır.
Şuranın üzvləri Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.
İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsi (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etməlidirlər.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub
- Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib
- Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
Rəylər