İyn
2020
16:26
24
110
2546
Virtual karabakh

Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan AÇIQLAMA: “Nazir aydınlıq gətirib”

5 İyn, 2020
16:26
2546

Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan AÇIQLAMA: “Nazir aydınlıq gətirib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəristiliktəchizat” ASC Maliyyə naziri Samir Şərifovun qurumla bağlı bədbin açıqlamasına münasibət bildirib. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istilik tarifləri sosialyönümlü olduğundan və maya dəyərindən aşağı müəyyən edildiyindən xərclərin bir hissəsi dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılır. 

“Bu məsələlərə maliyə naziri tərəfindən aydınlıq gətirilib”, - deyə qurumdan verilən cavabda bildirilib. 

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 2-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, 2019-cu ildə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11 milyon 200 min manat ayrılıb.

O əlavə edib ki, qurumun maliyyə vəziyyəti ürəkaçan deyil. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri