Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnsanlar qorxurlar, həkimə müraciət etmirlər - VİDEO
Ölkədə karantin qaydalarının yumşalması koronavirusa yoluxan xəstələrin sayının artmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, İctimai Televiziya koronavirusdan müalicə olunan xəstələr haqqında reportaj hazırlayıb.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri həkim Gülarə Abbasova deyib ki, may ayından reanimasiyaya yerləşdirilən xəstələrin sayı artıb:
“Hamısı ağır vəziyyətdə gələnlərdir. İnsanlar qorxurlar, həkimə müraciət etmirlər ki, bütün ailəni karantinə apararlar. Ona görə də, həkimə çox gec gəlirlər. Biz iki gün əvvəl 40 yaşlı xəstəmizi itirdik. Bu xəstəlik yaşa baxmır. Plazma köçürülən bir xəstəmizin həyatı xilas edilib. Digər iki xəstəmizi isə itirmişik”.
Rəylər