Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Onların yenə “bəxti gətirmədi” - SİYAHI
Milli Məclis yaz sessiyasında təsdiqi vacib olan bəzi qanun layihələrinin qəbulunu yekunlaşdıra bilmədi.
Oxu.Az-ın xəbərinə görə, buna səbəb olan amillərdən biri də müəyyən qanunlara koronavirus pandemiyası ilə bağlı dəyişikliyin edilməsi zərurəti idi.
Məhz bunlar səbəbindən Milli Məclis mayın 31-də yaz sessiyasını yekunlaşdırdıqdan sonra digər sənədlərin müzakirəsi üçün növbədənkənar sessiyaya getdi.
Növbədənkənar sessiyanın iyul ayının ortalarına qədər davam edəcəyi gözlənilir. Bu dəfə də illərdir qəbulu gözlənilən bəzi sənədlərin parlamentin növbədənkənar sessiyasının müzakirəsinə çıxarılması gözlənilmir.
14 ilə yaxındır ki, Rəqabət Məcəlləsi ilə bağlı sənəd “bəxti açılmayan” qanun layihələrindəndir. Layihə iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də növbədənkənar sessiyada müzakirə edilməsi gözlənilən deyil.
“Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Təhsil kreditləri haqqında”, “Ali təhsil haqqında” qanun layihələri də qəbul edilməmiş qalır.
Bundan başqa “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” sənədin də “bəxti gətirməyib”.
Adıçəkilən sənədlərin parlamentin payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağını demək isə hələ tezdir.
Qeyd edək ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"