İsmayıllıda polis əməkdaşları sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar xidmətdə olan zaman kritik vəziyyətdə olan vətəndaşın köməyinə çatıblar.
Oxu.Az xəbər verir ki, astma xəstəliyindən əziyyət çəkən rayon sakini dərmana ehtiyacı olduğu üçün polis əməkdaşlarına müraciət edib.
Xidmətdə olan polislər həmin şəxsin köməyinə çatıblar. Həmçinin, səhhətinin yoxlanılması üçün onun evinə həkim dəvət olunub.
İsmayıllıda polis kritik vəziyyətdə olan sakinə kömək etdi - VİDEO