"Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başa çatıb.
Oxu.Az xəbər verir ki, ikinci sıralama turunu "Rodion Motosport" komandasını norveçli sürücüsü Martin Stenshorn zirvədə tamamlayıb.
Onun komanda yoldaşı britaniyalı pilot Aleks Dann ikinci olub. İlk üçlüyü "İnvicta Racing" komandasından braziliyalı Rafael Kamara tamamlayıb.
Xatırladaq ki, bu sıralama turunu nəticələri şənbə günü baş tutacaq ikinci əsas yarışın start mövqelərini müəyyənləşdirib.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb.
Oxu.Az xəbər verir ki, bu sessiyanın nəticələri şənbə günü baş tutacaq ikinci əsas yarışın start mövqelərini müəyyənləşdirəcək.
Xatırladaq ki, ilk sıralama turunu "Rodion Motosport" komandasını britaniyalı sürücüsü Aleks Dann zirvədə tamamlayıb.
"Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başa çatıb.
Oxu.Az xəbər verir ki, ilk sıralama turunu "Rodion Motosport" komandasını britaniyalı sürücüsü Aleks Dann zirvədə tamamlayıb.
Onun komanda yoldaşı norveçli pilot Martin Stenshorn ikinci olub. İlk üçlüyü "Campos Racing" komandasından meksikalı Noel Leon tamamlayıb.
Xatırladaq ki, bu sıralama turunun nəticəsi sabah baş tutacaq sprint və əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək.
Bakıda "Formula-2" üzrə ilk sıralama turu yenidən başlayıb.
Oxu.Az xəbər verir ki, texniki problem səbəbindən təxirə salınan sessiyaya yenidən start verilib.
Problem aradan qaldırıldıqdan sonra pilotlar mübarizəni davam etdiriblər.
Bakıda "Formula-2" üzrə sıralama turunun startı təxirə salınıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilməsi planlaşdırılan sıralama turunun başlanma vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.
Stüardlar yeddinci döngədə asfalt örtüyünü və baryerləri yoxlayırlar.
Sessiyanın yeni start vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başlayıb.
Oxu.Az xəbər verir ki, mübarizəyə saat 14:00-da start verilib.
20 dəqiqə davam edən sessiya cümə günü keçiriləcək sprint və əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək.
"Formula-2" üzrə ikinci sıralanma sessiyası bu gün saat 14:30-da keçiriləcək. Bu sessiyanın nəticələri isə şənbə günü baş tutacaq ikinci əsas yarışın start mövqelərini müəyyənləşdirəcək.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüş sessiyası yekunlaşıb.
Oxu.Az xəbər verir ki, sessiyada ən sürətli nəticəni "Art Grand Prix" komandasının pilotu Kuş Maini göstərib.
"Rodin Motorsport"dan Aleks Dann ikinci, "Campos Racing"dən Nikola Tsolov üçüncü olub.
Gün ərzində "Formula-2" üzrə daha iki sıralama sessiyası keçiriləcək.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
Murad Nəsimi
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula-2"də də sərbəst yürüşlə yanaşı, hər biri 20 dəqiqədən ibarət iki sıralama turu gerçəkləşəcək.
20 döngədən ibarət olan Bakı trekində 51 dövrəlik "Formula-1" yarışı ümumilikdə 306.049 km məsafəni əhatə edir.
Azərbaycan Qran-prisində ilk günün proqramı:
10:00. "Formula-2": Sərbəst yürüş
12:30. "Formula-1": Birinci sərbəst yürüş
14:00. "Formula-2": Birinci sıralama turu
14:30. "Formula-2": İkinci sıralama turu
16:00. "Formula-1": İkinci sərbəst yürüş