Həkim və psixoloq Nuriya Rure gündüz yuxusunun tərəfdarı olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, "Zenvibes" podkastında gündüz yuxusunun ideal müddəti ilə bağlı fikirlərini bölüşüb.
Nuriya Rurenin sözlərinə görə, gündüz yuxusu yalnız 30 dəqiqədən çox davam etmədikdə faydalı ola bilər. O, həmçinin gündüz saat 16:00-dan əvvəl yatmağın vacib olduğunu vurğulayıb.
"Əgər biz gündüz saat 16:00-da yatıb saat 18:00-da oyanırıqsa, özümüzü çox halsız hiss edə bilərik. Əksinə, qısamüddətli yuxu zehni təravətləndirir, dincəlməyə və gündəlik işlərdən uzaqlaşmağa kömək edir. Bu səbəbdən axşam özümüzü daha dincəlmiş hiss edir və daha asan yuxuya gedirik", - deyə Nuriya Rure izah edib.
O, uzunmüddətli gündüz yuxusunun gecə yuxusuna və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə biləcəyi barədə də xəbərdarlıq edib.