30 
İyn
2020
09:09
30
243
4874
Virtual karabakh

Azərbaycanda eyni yol beşinci dəfə çökdü - FOTO/VİDEO

30 İyn, 2020
09:09
4874

Azərbaycanda eyni yol beşinci dəfə çökdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda eyni yol beşinci dəfə çöküb.

Oxu.Az xəbər verir ki, söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. 

Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub. 

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb. 

Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çöküb. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri