Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşündə qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol edib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə Bakıda Litva ilə qarşılaşacaq.
Azərbaycan milli komandası yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da "Palm Sport Arena"da keçiriləcək.
Bu, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisinin növbəti sınağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 27-də UEFA Millətlər Liqasında səfərdə Litva ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
23 sentyabr
20:00; Azərbaycan - Tacikistan.