"Arzum o idi ki, o torpaqlarımız işğaldan azad olunsun".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın ilk komando hərbi hissəsinin qərargah rəisi, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun atası Yunis Şadmanov "Vətən daşı" filminin təqdimat mərasimində deyib.
O bildirib ki, oğlunun şəhid olduğu torpaqları gedib ziyarət edib:
"Torpaqlarımızın azad olunmasını böyük sevinclə qarşıladım. Filmi çəkənlərə də öz təşəkkürümü bildirirəm ki, mənəvi dəyərləri yaddan çıxarmamaq üçün xüsusi təşəbbüs göstərdilər. Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Oğlumun şəhid olması xəbərinə hazır idim. Dövlətimiz yaxşı işlər gördü. Filmi çəkən kollektivin sayəsində gedib torpaqlarımızı ziyarət etdim. Hər an, hər şeyə hazır olmalıyıq. İnsanlara nəsihətim odur ki, gənc nəsli hər zaman hazırlıqlı böyütsünlər. Filmi çəkənlərə bir daha təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin".