Bakı-Qazax magistralının 136-cı kilometrliyində, şossenin Hacıqabul rayonu Qarasu kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ukrayna vətəndaşının idarə etdiyi və 100-dən çox iribuynuzlu heyvanla yüklü “TIR” 36 yaşlı Gədəbəy sakini Sülhəddin Qurbanov idarə etdiyi və mişar daşı ilə yüklənmiş yük avtomobilinə çırpılıb. Nəticədə daşla yüklənimş yük avtomobili aşıb, mişar daşları isə magistral yola tökülüb.
Sülhəddin Qurbanov müxtəlif bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürcünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax magistralının 136-cı kilometrliyində, şossenin Hacıqabul rayonu Qarasu kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ukrayna vətə...
Rəylər