Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kollec tələbələri keçmədikləri fənlərdən imtahan verəcək - İDDİA
Astara Pedaqoji Kollecində birinci kurs tələbələrindən 13 fənn üzrə imtahan götürülməsinə qərar verilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Bəzi tələbələrin dediyinə görə, mart ayından dərslər dayandırıldığından fənlərin çoxu keçirilməyib, buna baxmayaraq, Astara Pedaqoji Kollecində hər fəndən imtahan təyin olunub.
İddiaya görə, kollecdən tələbələrə bildirilib ki, imtahanların sayının müəyyənləşdirilməsi birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə daxildir, kollec buna müdaxilə edə bilməz.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu istiqamətdə müvafiq araşdırmalar aparılır.
Könül Cəfərli
Rəylər