Astara rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Kijəbə qəsəbə sakini - 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12