Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ
Əmrahovlar ailəsi Ağdam şəhərindən məcburi köçkün düşərək, rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşıblar. Beş övlad böyüdən ailə Qarabağ müharibəsində üç övladını şəhid verib.
Böyük oğul Vaqif Əmrahov ön cəbhədə döyüş əməliyyatında, digər övladları İnqilab və Tərlan arxa cəbhədə, nəvəsi Arzu Məmmədov isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qənirə ana 1992-1993-cü illərdə gedən döyüşlərdə üç övladını və bir nəvəsini itirsə də, bu gün qürurludur. Çünki əzizləri vətən yolunda şəhid olub. 93 yaşlı qadın deyir ki, bu gün müharibə başlasa, yenidən iki övladı və nəvələrini döyüşə göndərməyə hazırdır. Təki işğalda olan torpaqlarımız düşmən tapdağı altından azad edilsin.
Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə edilən Əmrahovlar ailəsi mənzillə təmin olunub. İndi ailənin ən böyük arzusu Ağdama qayıtmaqdır.
Baku TV-nin videoreportajını təqdim edirik:
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər