Avq
2020
12:55
163
227
2910
Virtual karabakh

Tibbi maskadan istifadə etməyənlər cərimələndi - VİDEO

5 Avq, 2020
12:55
2910

Tibbi maskadan istifadə etməyənlər cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Baku TV xəbər verir ki, Şəkidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar olunub.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib, onlar 100 manat məbləğində cərimə olunublar.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri