Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
Üç aya yaxındır ki, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Amma yaxın günlərdə bu obyektlərin yenidən fəaliyyətə başlaması operativ qərargahın müzakirə mövzusudur. Bəs bu aylar ərzində sahibkarlara nə qədər ziyan dəyib, hansı çətinlikləri olub, ümumiyyətlə, yenidən fəaliyyətə hazırdırlarmı?
Baku TV bu mövzunu araşdırıb və bir neçə restoranda olub.
Restoran inzibatçısı Bəhruz Qənizadənin sözlərinə görə, bütün biznes sahələri kimi restoranlar üçün də çətin oldu:
“Nə qədər də olsa, ödənişləri verməkdə, pul qazanmaqda çətinlik çəkirik. Ən əsası, personalın evdə qalması idi. Bizə də gəlir yoxdur. Ona görə onların maaşlarını ödəyə bilmirik. Açılışdan sonra, inşallah, daha yaxşı olar”.
Əgər yaxın müddətdə kafe və restoranlar açılacaqsa, insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Yadımıza salaq, təxminən üç ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı və bu səbəbdən də yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq edildi. Ona görə də biz bu bəlanı unutmayıb, özümüzü qorumağı öyrənməliyik.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər